Azərbaycanın strateji valyuta ehtiyatları artıb

2022.04.19 10:36 (UTC+04:00)

Bu il martın 31-nə Azərbaycanın strateji valyuta ehtiyatları 52,4 mlrd. ABŞ dolları təşkil edib. "APA-Economics"in məlumatına görə, Dövlət Neft Fondunun (ARDNF) aktivləri və Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarından ibarət olan strateji valyuta ehtiyatları 2022-ci ilin əvvəlindən 0,6% artıb.

Qeyd edək ki, AMB-nin rəsmi valyuta ehtiyatları ilin əvvəlindən 0,9%, ARDNF-nin aktivləri isə 0,5% artaraq müvafiq olaraq 7,1 mlrd. dollar və 45,3 mlrd. dollar təşkil edib.