Üç ayda 97 min ton meyvə-tərəvəz ixrac edilib

2022.04.18 18:03 (UTC+04:00)

Cari ilin üç ayında 97 min ton meyvə-tərəvəz ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən meyvə-tərəvəzin dəyəri 124,9 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin eyni dövründə dəyəri 97,2 milyon dollar olmaqla 89,9 min ton meyvə-tərəvəz ixrac edilib.