TRACECA-nın Azərbaycan hissəsində 7 milyon ton yük daşınıb

2022.04.18 17:34 (UTC+04:00)

Yanvar-fevral aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 7 milyon ton, yük dövriyyəsi isə 1 milyard 654,4 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 3 milyon 974,3 min tonu və ya 56,2 faizi avtomobil nəqliyyatı, 2 milyon 288,2 min tonu və ya 32,3 faizi dəmir yolu nəqliyyatı, 811,8 min tonu və ya 11,5 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 23,3 faizini və ya 1 milyon 649,1 min tonunu tranzit yüklər təşkil edib.