Mikayıl Cabbarov: Daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar artıb
2022.04.18 15:51 (UTC+04:00)
Bu ilin yanvar-mart ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 76,5 faiz artaraq 6 milyon 371,3 min manat olub.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.