Azərbaycan Şahmat Federasiyasında İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə İqtisadiyyat Nazirliyinin Aparatının və tabeliyindəki qurumların əməkdaşları arasında keçirilən “Bahar kuboku” şahmat turniri başa çatıb.
Turnir Nazirliyin əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkili, zehni inkişafın və sağlam həyat tərzinin təbliği məqsədilə təşkil edilib.
Yarışda 1-ci yerə Şəhriyar Məmmədov, 2-ci yerə Cavanşir Eyvazov, 3-cü yerə Ramil Abbasov, 4-cü yerə Tünar Quliyeva və Toğrul Qasımov layiq görülüblər.
Turnirdə yüksək nəticələr göstərən qaliblər və iştirakçılar Fəxri Fərman və hədiyyələrlə təltif olunublar.