Cari ilin yanvar-fevral aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2021-ci ilin iki ayı ilə müqayisədə faktiki qiymətlərlə 39,4 faiz, real ifadədə 32,2 faiz artaraq 461,8 milyon dollara bərabər olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (33,2 faiz), Rusiyaya (25,8 faiz), Gürcüstana (6,1 faiz), İsveçrəyə (4,5 faiz), İtaliyaya (4,2 faiz), ABŞ-a (2,5 faiz), Çinə (2,2 faiz), Ukraynaya (2 faiz), Rumıniyaya (1,9 faiz), Türkmənistana (1,4 faiz), Qazaxıstana (1,4 faiz), Bolqarıstana (1,3 faiz), Özbəkistana (1,3 faiz), Niderlanda (1,3 faiz), Almaniyaya (1,2 faiz), Belarusa (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.