Üç ayda 30 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub

2022.04.15 17:25 (UTC+04:00)

Cari ilin yanvar-mart aylarında ölkədə 30 milyard 37 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 10,3 faiz artıb. ÜDM istehsalının 54,1 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi tikinti, 2,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,7 faizi digər sahələrin payına düşüb. Əhalinin hər nəfərinə düşən ÜDM 2990,9 manata bərabər olub.