Hansı sahibkarlıq subyekti sadələşdirilmiş verginin ödəyicisi ola bilər?

2022.04.20 14:02 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, rüb ərzində işçilərinin (faktiki işə cəlb edilən) orta sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.

Buna əsasən, istehsal fəaliyyəti üzrə rüb ərzində işçilərin orta sayı 10 nəfərdən ((11+8+6)/3=8,3) az olduğundan, sahibkarlıq subyekti həmin fəaliyyət üzrə sadələşdirilmiş verginin ödəyicisi ola bilər.

Əsas: Vergi Məcəlləsinin 218.5.8-ci maddəsi