İdxal mallarının saxlanıldığı yerə baxış keçirilməsi

2022.04.18 10:13 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin 16.1.11-11-ci maddəsində nəzərdə tutulmuş məlumatları təqdim edən vergi ödəyicisinin mallarının saxlanıldığı (boşaldıldığı) yerə həmin mallar idxal edildiyi vaxtdan 3 iş günü müddətində baxış keçirmək və baxışın nəticəsini forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq olunmuş protokolla rəsmiləşdirmək vergi orqanlarının hüquqlarına aid edilib. Eyni zamanda, vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxışın keçirilməsi operativ vergi nəzarəti tədbiri ilə əhatə edilmiş məsələlərə aiddir.

Əsas: Vergi Məcəlləsinin 23.1.3-2-ci və 50.1.13-1-ci maddələri