Kameral vergi yoxlamasının keçirilmə müddəti

2022.04.16 10:39 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində keçirilir. Xaricdən əldə edilən gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda, kameral vergi yoxlaması Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilmiş dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddətlər başa çatdıqdan sonra həmin bəyannamə və ya xaricdən əldə olunan məlumatlar üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.

Əsas: Vergi Məcəlləsinin 37.2-ci maddəsi