Cari ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 676,7 milyon manatını və ya 68,7 faizini daxili vəsaitlər təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, əsas kapitala yönəldilmiş vəsaitlərin 69,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 61,8 faiz, büdcə vəsaitləri 24,6 faiz, əhalinin şəxsi vəsaitləri 8,1 faiz, digər vəsaitlər 3,8 faiz, bank kreditləri isə 1,7 faiz olub.