2022-ci ilin yanvar-mart aylarında əsas kapitala 2 milyard 440,7 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin dövr ərzində neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 28 faiz azalıb, qeyri -neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 10,1 faiz artıb. İstifadə olunmuş vəsaitin 1 milyard 524,7 milyon manatı və ya 62,5 faizi məhsul istehsalı sahələrinə, 743,2 milyon manatı (30,4 faizi) xidmət sahələrinə, 172,8 milyon manatı (7,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.