Sumqayıt Kimya Sənaye Parkında yeni rezident

2022.04.13 17:18 (UTC+04:00)

Ölkəmizdə həyata keçirilən uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü yeni məhsul istehsalının təşkili, Sənaye Parkına investorların cəlb olunması işləri davam etdirilir. Bu işlərin davamı olaraq, “4MAPS Bilgi Teknolojileri” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidentlik statusu verilib. Bununla da, Sənaye Parkının rezidentlərinin sayı 26-ya çatıb.

“4MAPS Bilgi Teknolojileri” MMC Sumqayıt Kimya Sənaye Parkının 1,5 ha ərazisində “Tədqiqat-inkişaf mərkəzinin təşkili, kartoqrafiya və naviqasiya xidmətləri” layihəsini həyata keçirəcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 750 iş yerinin yaradılması nəzərdə tutulur.