Azərbaycan "OPEC+" öhdəliyini 116,5% yerinə yetirib

2022.04.13 16:02 (UTC+04:00)

Bu ilin martında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 696,4 min barel olub.

Energetika Nazirliyindən verilən məlumata görə, hasil edilən maye karbohidrogenlərin 579,4 min barelini xam neft, 117 min barelini isə kondensat təşkil edib. Beləliklə, Azərbaycan martda "OPEC+" öhdəliyini 116,5% yerinə yetirib.