Bu il Avropa 2,9 milyard kubmetr Azərbaycan qazı ilə təchiz olunub

2022.04.13 14:40 (UTC+04:00)

Bu il Avropa 2,9 milyard kubmetr Azərbaycan qazı ilə təchiz olunub.

Bunu energetika naziri Pərviz Şahbazov deyib.

Nazir qeyd edib ki, TAP istismara veriləndən indiyə qədər bu göstərici 11 milyard kubmetrdən çoxdur.

Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 kilometr uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. TAP 2020-ci ilin sonunda istifadəyə verilib.