Sosial sığorta haqları üzrə daxilolmalar proqnozu üstələyib

2022.04.13 14:08 (UTC+04:00)

2022-ci ilin yanvar-mart aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 47 milyon 408,3 min manat, işsizlikdən sığorta üzrə daxilolmalar isə 35 milyon 266,4 min manat olub. Bu haqda İqtisadiyyat naziri Mikayıl Cabbarov öz "Tvitter" hesabında məlumat verib. Nazir bildirib ki, bu sığorta haqları üzrə daxilolmaların icrası proqnozlara nisbətən müvafiq olaraq 109% və 112,3% təşkil edib.