İsveç parlamenti hökumətin qiymət artımının kompensasiya edilməsi çərçivəsində bu il iyun ayından oktyabr ayına qədər yanacağa görə tutulan verginin azaldılması ilə bağlı təklifini qəbul edib. Parlamentin qərarına əsasən, may ayının 1-dən yanacaqdoldurma məntəqələrində hər litr yanacağın qiyməti 50 ere (9 qəpik) aşağı salınacaq.
“Bu, qiymət artımını kompensasiya etmək üçün müstəsna tədbirlər paketidir, - İsveçin maliyyə naziri Mikael Damberq deyib: “Vəziyyət qeyri-müəyyənliyini saxlayır, qiymətlər kəskin şəkildə dəyişir. Biz görürük ki, indiki fövqəladə şəraitdə istehlakçıları dəstəkləməli, eləcə də mədən yanacağından asılılığımızı daha da azaltmaq üçün tədbirlər görməliyik”.