Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Buna əsasən, aksizli mal istehsalı ilə məşğul olan şəxs vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Əsas: Vergi Məcəlləsinin 155.1-ci maddəsi