Almaniya inflyasiya artımını vergi güzəştləri ilə qabaqlamağı planlaşdırır

2022.04.12 14:33 (UTC+04:00)

Almaniya hökuməti bir sıra vergi güzəştləri tətbiq etməklə çox vaxt rəsmi inflyasiya göstəricisindən əhəmiyyətli dərəcədə yüksək olan hiss edilən inflyasiyanın qarşısını almağı planlaşdırır. Hökumətin yüksək inflyasiyaya və enerji daşıyıcılarının qiymətlərindəki kəskin artıma qarşı tədbirlər planı çərçivəsində hazırladığı qanun layihəsi artıq parlamentin müzakirəsinə verilib.

Maliyyə naziri Kristian Lindner Federal Məclisdə qanun layihəsi təqdim olunarkən hökumətin inflyasiyanı vergi güzəşti ilə azaltmaq niyyətində olduğunu bildirərək, bunun ölkə iqtisadiyyatı üçün təhlükə törədən qiymət sıçrayışlarının qarşısını almağa şərait yaradacağını vurğulayıb.

Qeyd edək ki, mart ayında Almaniyada inflayasiya göstəricisi 7,3 faiz olub ki, bu da 1981-ci ildən bəri ən yüksək səviyyədir.