Təbii itkilərin gəlirdən çıxılması

2022.04.14 10:11 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilər, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr vergitutma məqsədləri üçün gəlirdən çıxılır.

Təbii itki normaları Nazirlər Kabinetinin “Ticarət və ictimai iaşə sahəsində ərzaq məhsullarının təbii itki Normaları”nın təsdiq edilməsi barədə 17.07.2018-ci il tarixli 307 nömrəli qərarı ilə müəyyən edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 108.5-ci maddəsi