Qazaxıstan vergi qanunvericiliyində edilmiş son dəyişikliyə əsasən, “aksiz markaları” termini “identifikasiya vasitələri” termini ilə əvəz olunub.
İdentifikasiya vasitələri – simvolların avtomatik qaydada oxunan formada unikal ardıcıllığıdır, xüsusi texnologiya vasitəsilə radiotezlik işarəsi kimi yazılır və ştrix kod şəklində verilir. Tütün məmulatlarının identifikasiya vasitələri ilə markalanması bu məhsulların istehsalının başlanğıcından son istehlakçıya çatdırılmasına qədər bütün prosesi izləməyə imkan verir. Bu cür markalanma istehlakçıya aldığı məhsul haqqında lazımi məlumatla tanış olmağa şərait yaradır.
Kağız aksiz markaları ləğv edildiyinə görə bundan sonra Qazaxıstanda tütün məmulatları yalnız identifikasiya vasitələri ilə markalanacaq.