Bu ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizdə elektrik enerjisi istehsalı 3,9 faiz artaraq 7 milyard 194,2 milyon kilovat/saata çatıb.
Bu barədə energetika naziri Pərviz Şahbazov bildirib.
“Elektrik enerjisi ixracı isə 1,4 milyon kilovat/saat artımla 508,4 milyon kilovat/saat olub”, - deyə nazir qeyd edib.