AİK Şurası bir qrup mallar üçün gömrük rüsumlarını ləğv edib

2022.04.08 14:09 (UTC+04:00)

Avrasiya İqtisadi Komissiyası (AİK) Şurası malların növbəti qrupu üçün gömrük rüsumlarını sıfıra endirib, eləcə də idxal prosedurlarını sadələşdirib.

AİK-in rəsmi “Teleqram” hesabında yayılmış xəbərə görə, yeni siyahıya ərzaq məhsulları və onların istehsalında istifadə olunan mallar, qablaşdırma materialları, kimyəvi maddələr, nəqliyyat vasitələrinin istehsalında və təmirində istifadə olunan ehtiyat hissələri daxildir.

“Hazırkı şəraitdə vaxt darlığını nəzərə alaraq gömrük tarifləri tədbirlərinin tətbiqi prosesini sadələşdirməyi qərara aldıq”, - AİK-in ticarət naziri Andrey Slepnyov bildirib. O, qeyd edib ki, sadələşdirmə Aİ Komissiyası tərəfindən bundan əvvəl qəbul edilmiş güzəştlərə də aiddir.