Dövlət Xidməti mobil telefon cihazları bazarında araşdırmalar aparır

2022.04.07 16:23 (UTC+04:00)

Dünyada baş verən proseslər fonunda qeyri-ərzaq məhsullarının qiymətində dəyişikliklər müşahidə olunur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinihsar qanunvericiliyinin tələblərinin pozulmaması və haqsız rəqabətə yol verilməməsi üçün kompleks tədbirləri davam etdirir.

Bu tədbirlər çərçivəsində Dövlət Xidməti tərəfindən mobil telefon cihazları bazarında araşdırmalar zamanı təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.

“IRŞAD ELECTRONİCS” MMC, “İnteqral” QSC, “Soliton LTD” MMC və “ELCORE DİSTRİBUTİON AZ” MMC tərəfindən sorğuda tələb olunan sənəd və məlumatlar təqdim edilmədiyi üçün həmin təsərrüfat subyektləri barəsində iş qaldırılıb.

Aprelin 7-də “IRŞAD ELECTRONİCS” MMC-yə qarşı qaldırılan işə baxılıb, müvafiq göstərişlər verilib və təsərrüfat subyektinə qarşı maliyyə sanksiyası tətbiq edilib.

Digər təsərrüfat subyektləri üzrə işə baxılmasının nəticələri barədə məlumat veriləcək və Dövlət Xidmətinin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli.) yerləşdiriləcəkdir.