Üç ayda meyvə-tərəvəz məhsullarının ixracı 28,5 faiz artıb

2022.04.07 13:11 (UTC+04:00)

Cari ilin yanvar-mart ayları ərzində Azərbaycanın meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 28,5 faiz artaraq 124,9 milyon dollar təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 10 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 63,9 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 48,7 faiz, pambıq iplik ixracı 29,3 faiz, pambıq lifi ixracı isə 5,6 faiz artıb.