Dünya birjalarında neft qiymətləri artıb
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,67 dollar bahalaşaraq 102,74 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,50 dollar artaraq 97,73 dollar olub.