Yaponiyada “Netflix” son üç ildə 10 milyon dollar məbləğində vergini ödəməyib

2022.04.07 14:16 (UTC+04:00)

“Netflix” striminq servisinin Yaponiya bölməsi son üç il ərzində 1,2 milyard yen (hazırkı kursla 10 milyon ABŞ dolları) məbləğində vergini ölkənin büdcəsinə ödəməkdən yayınıb.

Yaponiyanın nüfuzlu mətbuat orqanlarından olan “Yomiuri” qəzetinin məlumatına əsasən, Tokio vergi bürosunun keçirdiyi auditdən sonra bu nəticəyə gəlinib. Məqalədə qeyd edilib ki, son üç il ərzində “Netflix”in Yaponiya bölməsinə yerli studiyaların və şirkətlərin istehsal etdiyi məhsulları nümayiş etdirmək hüququ verilib. Bundan sonra Yaponiya bölməsi öz hüquqlarının bir hissəsini striminq servisinin Hollandiya bölməsinə ötürüb. Tokio vergi xidmətindən bildirilib ki, Yaponiya şöbəsinin hüquqların verilməsi ilə bağlı əldə olunmuş gəlirlərə dair hesabatı təqdim etməsinə baxmayaraq, təşkilatın vergi bəyannamələrində royaltidən gələn gəlirlər nəzərə alınmayıb.