Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin birinci rübündə 20 minə yaxın işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, onlardan 11 min 100-dən çox şəxs münasib işlə təmin edilib, 4094 şəxs isə kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
Həmçinin agentlik tərəfindən birinci rüb ərzində 731 işsiz şəxs peşə hazırlığına cəlb edilib. Həmin şəxslərə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlərə başlanılıb.
Son üç ayda peşəyönümü məsləhət tədbirlərinə cəlb edilən şəxslərin sayı isə 4 minə yaxındır.