Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli və xarici iş adamları arasında əlaqələrin genişləndirilməsi, yeni biznes təşəbbüslərinin reallaşdırılması istiqamətində görüşlərini davam etdirir.
Aprelin 6-da KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Fransa Ticarət Palatasının (AFchamber) İdarə Heyətinin sədri Teybə Quliyeva və İdarə Heyətinin üzvləri ilə görüşüb.
Görüşdə işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi imkanları, o cümlədən tədbirlərin və layihələrin icrası, palata və KOBİA arasında bu sahədə birgə əməkdaşlıq müzakirə edilib.