“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciətlər əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2022-ci il 1 aprel tarixli qərarı ilə 35 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
Mərkəzi Bankdan bildirilib ki, bundan əlavə, İdarə Heyətinin eyni tarixli qərarı ilə lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq Qanunun 107.1.2-ci maddəsinə müvafiq olaraq 6 fiziki şəxsə və 1 hüquqi şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv olunub.