Aprelin 6-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50301696S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 97.2763 AZN (6 faiz) və 98.258 AZN (3.8 faiz) olan 14 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 197 milyon 544 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.235 AZN (3.85 faiz), orta ölçülmüş qiyməti isə 98.2376 AZN (3.84 faiz) olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər. Notlar sentyabrın 21-də ödəniləcək.