Birjalarda neft qiymətləri

2022.04.06 10:31 (UTC+04:00)

Dünya birjalarında neft qiymətləri artıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,64 dollar bahalaşaraq 107,28 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,37 dollar artaraq 102,33 dollar olub.