İnvestisiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsinin əsas prinsipləri müəyyənləşib.
Bu, parlamentin aprelin 5-də keçirilən iclasında müzakirəyə çıxarılan “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihədə qeyd edilib ki, investisiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsi aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
1. mülkiyyətin toxunulmazlığı;
2. qanunçuluq;
3. insan və vətəndaş hüquq və azadlıqlarının qorunması və təmin edilməsi;
4. konfidensial məlumatların qorunması.
Sənəd səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.