İsraillə ticarət və turizm sahəsində əməkdaşlıq müzakirə olunub

2022.04.05 15:48 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan İsrailin turizm naziri, Azərbaycan-İsrail Birgə komissiyasının həmsədri Yoel Razvozovla görüşüb.

Bu barədə nazir məlumat verib.

O qeyd edib ki, İsrailin turizm naziri, Azərbaycan-İsrail Birgə komissiyasının həmsədri Yoel Razvozovla görüşdə ölkələrimiz arasında iqtisadi münasibətlərin cari vəziyyəti, investisiyaların cəlb edilməsi üzrə görülən işlər, ticarət və turizm sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.