İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə İqtisadiyyat Nazirliyi Aparatının və tabeliyindəki qurumların əməkdaşları arasında “Bahar kuboku” şahmat turnirinə start verilib.
Turnir Nazirlik əməkdaşlarının asudə vaxtının səmərəli təşkili, zehni inkişafın və sağlam həyat tərzinin təbliği məqsədilə təşkil olunub.
Nazirliyin 80-dən çox əməkdaşının iştirak etdiyi yarışlara aprelin 16-da yekun vurulacaq.