Ağdam Sənaye Parkının rezidentlərinin sayı 5-ə çatıb

2022.04.04 15:13 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinə Ağdam Sənaye Parkının rezidenti olmaq istəyən sahibkarlar tərəfindən müraciətlər daxil olmaqdadır. Agentlikdən “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına verilən məlumata görə, hazırda bir çox layihələr dəyərləndirilir.

Artıq Ağdam Sənaye Parkında 5 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. “Veliev” MMC “Prefabrik dəmir-beton məmulatları istehsalı”, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət” MMC “Polimer məhsulların istehsalı”, “Ağ Tekstil” MMC “Uniforma, xüsusi və fərdi geyimlərin istehsalı”, “Smartpoint” MMC “Alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların istehsalı”, “Dadaş-N” MMC “Müxtəlif çeşidli sintetik xalçaların istehsalı” layihəsi üzrə rezidentlik statusu alıb.