Sənaye zonalarında istehsal edilən məhsulun 32 faizi ixrac olunub

2022.04.04 13:12 (UTC+04:00)

Sənaye zonalarında istehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, “Made in Azerbaijan” brendi ilə dünyanın 35-dən çox ölkəsinə ixrac edilir.

İqtisadi Zonaların İnkişafı Agentliyindən “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına verilən məlumata görə, sənaye zonaları üzrə ümumilikdə 6,3 milyard manatlıqdan çox məhsul istehsal edilib ki, bunun da 2 milyard manatlığı - təxminən 32 faizi ixrac olunub.