Avropada inflyasiya ilk dəfə 7,5 faizə çatıb

2022.04.04 13:57 (UTC+04:00)

Avropa İttifaqının statistika xidməti “Avrostat” agentliyinin ilkin qiymətləndirməsinə əsasən, avrozonaya daxil olan 19 ölkədə illik inflyasiya səviyyəsi əvvəlki ayla müqayisədə 5,9 faizdən 7,5 faizə qalxıb ki, bu da avrozona tarixinin rekord göstəricisi hesab olunur.

“DailyFX” portalının rəylərini soruşduğu ekspertlər bu göstəricinin 6,6 faiz olacağını gözləyirdilər. Qeyd edək ki, bir il bundan əvvəl avrozonadakı illik inflyasiya cəmi 1,3 faiz təşkil edirdi. Bu ilin təkcə mart ayında avrozonada istehlak qiymətləri, ilkin qiymətləndirməyə görə, 2,5 faiz artıb.