“Ümid” yatağından indiyədək 5,4 milyard kubmetr təbii qaz hasil edilib

2022.04.01 17:41 (UTC+04:00)

“Ümid” yatağından indiyə qədər hasil olunan qaz və kondensatın həcmi açıqlanıb.

SOCAR-dan bildirilib ki, cari ilin martın 1-nə olan məlumata görə, indiyədək yataqdan 5,4 milyard kubmetr təbii qaz və 856,1 min ton kondensat hasil edilib.

Qeyd edək ki, “Ümid” qaz və kondensat yatağı Azərbaycanın müstəqilliyi dövründə SOCAR-ın geoloqları tərəfindən kəşf edilmiş ilk yataqdır. Yatağın karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir.