Martda “Bir Pəncərə” vasitəsilə ixracın dəyəri artıb

2022.04.01 10:52 (UTC+04:00)

Cari ilin mart ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 24,3 milyon ABŞ dolları olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın mart sayında bildirilir ki, ötən ay ilə müqayisədə ixrac 7,3 milyon dollar artıb.

Qeyd edək ki, bu il “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 50,3 milyon dollar təşkil edib.