Qeyri-neft ixracı 39,4 faiz artıb

2022.03.31 18:09 (UTC+04:00)

Yanvar-fevral aylarında Azərbaycanın ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 461,8 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci illə müqayisədə 130,6 milyon ABŞ dolları və ya 39,4 faiz artıb.

Iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın mart sayında bildirilir ki, bu ilin meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 milyon ABŞ dolları artaraq 92,3 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,4 faiz, pambıq lifi ixracı 38,3 faiz, pambıq ipliyi ixracı 35,2 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı isə 16,5 faiz artıb.