Bakıda ümumi inşaat işlərinin 91,1 faizini özəl tikinti müəssisələri görüb

2022.03.31 16:35 (UTC+04:00)

2022-ci ilin yanvar-fevral aylarında paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 63,6 faizini tikinti, yenidənqurma və genişləndirmə, 8,2 faizini əsaslı təmir, 4,6 faizini cari təmir, 23,6 faizini isə digər tikinti işləri təşkil edib.

Bakı şəhər Statistika İdarəsindən bildirilib ki, ümumi inşaat işlərinin 91,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.