Vergi daxilolmalarının artımı ən çox nəqliyyat sektorunda qeydə alınıb

2022.03.31 13:17 (UTC+04:00)

Qeyri-neft sektorunda müşahidə edilən müsbət dinamika şəraitində 2022-ci ilin yanvar-fevral aylarında tədiyyə növləri və sahələr üzrə vergi daxilolmalarında ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artımlar qeydə alınıb.

Dövlət Vergi Xidmətindən bildirilib ki, sözügedən müddət ərzində qeyri-neft sektorunun sahələri üzrə artım templəri xidmət sektorunda 19,6 faiz, qeyri-neft sənayesində 30,8 faiz, rabitə sahəsində 62,5 faiz, ticarət sektorunda 2,2 dəfə, topdan ticarət sahəsində 2,3 dəfə, ictimai iaşə sahəsində 3,9 dəfə, nəqliyyat sektorunda isə 4,5 dəfə müşahidə olunub.