Azərbaycan neftinin qiyməti dörd dollardan çox artıb

2022.03.31 12:57 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,87 dollar artaraq 117,15 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.