Bu ilin yanvar-fevral aylarında paytaxtın ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 88,2 faiz artaraq 96,1 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 80,6 milyon manat təşkil edib ki, bu da ümumi dövriyyənin 83,9 faizidir.