Qeyri-neft sektoruna sərmayə qoyuluşu 12,1 faiz artıb

2022.03.30 17:53 (UTC+04:00)

Qeyri-neft sektorunda əsas kapitala yönəldilmiş investisiyaların həcmində müsbət dinamika qeydə alınıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, cari ilin yanvar-fevral aylarında bu sektorda sərmayələrin artım tempi 12,1 faiz təşkil edib. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla, özəl mülkiyyətli müəssisələrdə investisiyaların artım tempi isə 10,7 faiz olub