Əşyaların interneti üzrə növbəti tədbir təşkil edilib

2022.03.30 16:27 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) maarifləndirmə tədbirlərini davam etdirir.

Martın 29-da onlayn vörkşop formatında təşkil olunan növbəti "IoTuesday" tədbirində əşyaların interneti texnologiyalarının üstünlükləri, tətbiq sahələri və beynəlxalq təcrübəyə dair müzakirələr aparılıb.

“Bell” şirkətinin IoT üzrə meneceri Tofiq Məmmədov əşyaların interneti və texnologiyalarının tətbiqi üzrə Kanada təcrübəsini bölüşüb və sualları cavablandırıb.

Qeyd edək ki, 4SİM tərəfindən 2021-ci ilin oktyabr ayından başlayaraq rəqəmsal iqtisadiyyat, süni intellekt, maşın öyrənməsi və əşyaların internetinə həsr olunmuş "IoTuesday" və “frAIday” tədbirləri keçirilir. Məqsəd dövlət qurumlarının, özəl şirkətlərin, elm və təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin iştirakı ilə Dördüncü Sənaye İnqilabı texnologiyalarına dair fikir və təcrübə mübadiləsinin aparılmasıdır.