Fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı artıb

2022.03.30 12:25 (UTC+04:00)

Cari ilin fevral ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 9 396 vahid və ya 0,58 faiz artaraq, 1,76 milyon vahid təşkil edib.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 1 031 vahid, fiziki şəxslər üzrə 7 366 vahid, torpaq mülkiyyətçiləri üzrə isə 999 vahid artıb.