Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin xətti ilə 178 milyon 307 min manat məbləğində sığorta haqqı toplanılıb.
Mərkəzi Bankdan bildirilib ki, iki ayda sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 38 milyon 936 min manat təşkil edib.