Martın 29-da Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zəmanət Fondu” ASC–nin AZ2058008684 ISIN-li, 20 milyon manat həcmində, 7920 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən bildirilib ki, hərrac zamanı 2 investor tərəfindən iki sifariş təqdim edilib. Hərrac qiyməti 1000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 40 milyon manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 milyon manat təşkil edib. İstiqrazlar 2043-cü il dekabrın 4-də ödəniləcək.